Ayk Gevorkyan
Armtimes.com (Ermənistan), 10.09.2017
Ermənistan prezidenti Serj Sərkisyan dörd il əvvəl sentyabrın üçündə Rusiyaya işgüzar səfər zamanı Vladimir Putinlə qapalı görüşdən sonra qəflətən bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmaq istəyir. Bu o vaxr gömrük ittifaqı və yaxud vahid iqtisadi məkan adlanırdı.
Desək ki, bu, sürpiz idi, deməli, heç nə deyilmir. Ermənistan buna qədər uzun illər boyu Avropa Birliyi ilə danışıqlar aparır və AB ilə azad ticarət zonası haqda Saziş imzalamağa can atırdı. Və AİB-ə üzvlüyün AB ilə azad ticarət zonası haqda saziş bağlamağa həm məzmunca, həm də ideoloji planda zidd olduğunu anlamaq üçün iqtisadçı və ya beynəlxalq hüquq üzrə mütəxəssis olmaq heç də vacib deyil. Amma Ermənistan məmurları bu proseslərin bir-birinə zidd olmadığını sübut etməkdən ötrü dəridən-qabıqdan çıxır və inamla bildirirdilər kli, avropalılar bu sazişi imzalayacaqlar. Təbii ki, imzalamadılar. Və Ermənistan məmurları tələsik vird etdilər ki, AİB-ə qoşulmaqla Ermənistanın qarşısında 170 milyon nəfərlik bazar açılır.
Bu 170 milyonluq bazarın Erməınistana nə verdiyini başa düşmək üçün bir neçə göstəricini nəzərdən keçirək.
Ermənistanın AİB-ə qoşulduğunun bildirildiyi 2013-cü ildə Ermənistanın Ümumi Daxili Məhsulu (ÜDM) 11.2 milyard dollar təşkil edib. “170 milyonluq” bazara qoşulduqdan üç il sonra – 2016-cı ildə Ermənistan ÜDM-i 10.3 milyard dollar olub. Səkkiz faizdən çox azalma. Bu, Ermənistan iqtisadiyyatının süqutudur.
Rəsmi statistika başqa cür hesablayıb və başqa iqtisadi göstəricilər alınıb. Amma hətta bununla da AİB-ə üzvlüyün birinci ilində – 2014-cü ildə iqtisadi artım 3.6 2015-də 3.2, 2016-da isə 0.2% təşkil edib.
Lakin bunu böyük qeyd-şərtlə Qərb sanksiyaları üzündən sarsıntılara məruz qalmış Rusiyanın iqtisadi durumu ilə izah etmək mümkündürsə, bu hüdudlardan kənara çıxan rəsmi məlumatlar mövcuddur. Məsələn, xarici yatırımlar. AİB-ə üzvlüyün birinci ilində xarici yatırım axını 167,4 milyard dram, ikinci il 118,4 milyard darm, üçüncü ildə 81` milyard dram təşkil edib.
Bu axın artıq cari ilin birinci yarsında mənfi kəmiyyətdən ibarətdir. Əlbəttə, məmurlar deyəcəklər ki, yatrırımların sürəkli azaması AİB-ə üzvlüklə bağlı deyil. Amma bu halda azalma səbəblərini izah edə bilmirlər.
Statistik məlumatlara görə Ermənistan hələ 2013-cü ildə AİB üzvü olmayanda Ermənistanda məşğulluq 1 milyon 164 nəfər təşkil edib. Məşğulluq elə birinci ildə 30 min azalıb və 1 milyon 133 nəfərdən ibarət olub. Bu göstərici növbəti ildə daha 60 min azalıb – 1 milyon 72 min. Rəsmi statistikaya əsasən keçən il Ermənistanda işləyənlərin sayı cəmi 1 milyon 6 min nəfər təşkil edib.
Bəraətlər səslənə bilər ki bu, AİB-ə girməklə bağlı deyil. Bu cür bəraətin müəllifləri belə olan halda 160 min işçinin hara yox olduğunu izah etməlidirlər. Onların əsas hissəsini “170 milyonluq” bazarda axtarmaq lazım deyilmi? AİB ideologiyasının müəyyən etdiyi işçi qüvvəsinin sərbəst yerdəyişimi prinsipi buna gətirib çıxarıb ki əvvəllər Rusiyaya müvəqqəti qazanca gedən Ermənistan vətəndaşları inidi orada həmişəlik kök atırlar. Faktiki olaraq, işçi qüvvəsi Ermənistanın 170 milyonluq bazara uğurla ixrac etdiyi əsas “mal” olub.
İşçi qüvvəsinin sərbəst yerdəyişimi və yaxud başqa sözlə, azad bazarı elə də, məsələn, enerji daşıyıcılarına yayılmır. AİB ölkələri liderləri yalnız 2025-ci ildə enerji daşıyıcılarının vahid bazarına keçmək niyyətindədirlər. Nəticədə bəsit iqtisadi məntiqə heç cür sığışmayan cəfəng durum alınır. Mənzərə bu cürdür: erməni və rus istehsalçılar vahid iqtisadi məkanda – AİB-də yerləşirlər. Lakin erməni istehsalçı istehsalatda istifadə olunan qaz və neft məhsullarını, təqribən, iki dəfə baha alır və bu, malın maya dəyərinə daxil olur. Belə çıxır ki, Ermənistanda istehsal edilən eyni mal Rusiyadakından hətta maya dəyərinə görə də xeyli baha başa gəlir. Amma bu istehsalçılar eyni iqtisadi məkanda bir-biri ilə rəqabət aparırlar. Bu da cəfəngiyyatdır, sadəcə, səfehlikdir.
Ermənistanın AİB-ə daxil olmasının xeyir və məsariflərini intəhasız müzakirə etmək olar. Lakin fakt faktlığında qalır ki, Ermənistan bu təşkilata birləşməklə, bəlkə də, “170 milyonluq bazar” qazanıb, amma 7 milyardlıq bazarı tədricən itirir. Bu da göz qabağındadır ki, Ermənistan özünü sırf iqtisadi təşkilat elan etmiş AİB-ə sırf siyasi səbəblər təsəvvüründən daxil olub. Bütün cəfəngiyyat da məhz buradan başlanır.
Tərcümə Strateq.az-ındır.
MilliYol.Az
Digər xəbərlər
loading...