Müqayis Verdiyev: “Mənim bərat almağımla bağlı məhkəmə qərarını bir ildən sonra Zakir Fərəcov ləğv etdirib. Bunu mənə istintaq orqanları açıq şəkildə deyiblər”.
Hazırda həbsdə olan iş adamı, “Azər-İnşaat-2009” MMC-nin direktoru Müqayis Verdiyev vəkili vasitəsi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zaktr Fərəcova qarşı ağır ittihamlarla çıxış edib.
MilliYol-a daxil olan müracəitdə iş adamı Sumqayıtda gördüyü işlərin müqabilində ona qara qəpikdə ödənilmədiyini iddia edir:
“Mənə dedilər ki, bəraət qərarını ləğv etdirən “Akula Zakir”dir”.
“2016-cı ilin fevralından başlayaraq mən və mənimlə birlikdə onlarla sahibkar Sumqayıtın abalaşdırılmasında və yenidən qurulmasında iştirak etmişik və bu işlərə milyonlarla mant sərf etmişik. İşə başlayan zaman Zakir Fərəcovun sağ əli, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Fəzail Hüseynov öizə söz verdi ki, çəkdiymiz xərcləri iş bitdikdən sonra artıqlaması alacağıq. Bizdə gecəmizi gündüzümüzə qatıb öz vəsaitlərimizlə Sumqayıtın girişini və Sumqayıt Dənizkənarı Bulvarını inşa etdik.
Sumqayıt Dənizkənarı Bulvarının açılışını edən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də açılış zamanı görülən işlərin yüksək keyfiyyətlə həyata keçirildiyini xüsusi olaraq öz çıxışında vurğuladı. Lakin açılışdan sonra Fəzail Hüseynov bizim pullarımızı verməkdən imtina etdi və bir neçə gündən sonra mən Sumqyat polisi tərəfindən həbs olundum. Həbsimin səbəbi isə daha əvvəl məhkəmə qərarı ilə bəraət aldığım işlə əlaqələndirdilər.
Məlum oldu ki, bəraət aldıqdan bir il sonra hansısa bir gizli əl bəraətim haqqında məhkəmə qərarını ləğv elətdirib. Daha sonra istitaq orqanlarında mənə açıq şəkildə bildirdilər ki, sənin bəraət qərarını ləğv etdirən “Akula Zakir”dir. Yəni Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov.
“Həbsxanaya atılmağımın tək səbəbi Sumqayıt şəhərini abalşadırmağımdır”.
Mən hazırda 11 aydır ki, heç bir cinayət işləmədən və heç bir qanun pozuntusuna yol vermədən həbsxanada yatmaqdayam. Həbsxanaya atılmağımın tək səbəbi isə Sumqayıt şəhərinin abalaşdırılmasını və yenidənqurulmasını yüksək keyfiyyətlə həyata keçirməyimdir. Bunu möhtərəm prezidentimiz də Sumqayıt Dənizkənarı Bulvarının açılışında xüsusi olaraq vurculadı. Bu gün istifadədə olan Sumqayıt Dənizkənarı Bulvarı da bunun bariz sübutudur.
Mən burdan, həbsxana divarları arasından rəsmən bəyan edirəm ki, ona görə həbsxanada çürüməyə məhkum olunmuşam ki, Zakir Fərəcov və ətrafı möhtərəm prezidentimiz İlham Əliyevin isə Sumqayıt şəhərinin abalaşdırılması və yenidənqurulması üçün ayırdığı pulları mənimsəyib. Bu özü-özənə aydındır. Çünki işi görən bizlərin hesabına bu günə qədər bir qəpik də köçürülməyib. Bunu mənimlə birlikdə isə Sumqayıt şəhərinin abalaşdırılmasını və yenidənqurulmasını həyata keçirən sahibkarlarda təsdiq edirlər və mənimlə birlikdə pullarını geri istəyirlər. Bunun üçün də burdan əlaqədar dövlət qurumlarına müraciət edirəm ki, isə Sumqayıt şəhərinin abalaşdırılması və yenidənqurulması üçün ayrılan büdcə pullarının hara köçürüldüyünü araşdırsınlar. Bu heç də çətin bir iş deyil və o zaman təbii olaraq həqiqət ortaya çıxacaq.
“Üç bayrağa 500 000 manatdan artıq vəsait xərcləmişəm”.
Mən öz adımdan bildirirəm ki, Sumqayıtda ucaldılan üç bayrağın inşasına öz cibimdən 500 000 manatdan artıq vəsait xərcləmişəm. Hər üçü bayrağı Türkiyədə mən sifariş vermişəm. Onların Bakıya gətirilməsi üçün yol xərcini də mən və başqa bir sahibkar cibindən ödəyib. O bayraqların hər birinin Türkiyədə hazırlanmasına mən 150 000 manatdan artıq vəsait sərf eləmişəm. İndi mən sual edirəm, bu gün Sumqayıtın üç yerinə mxhtəşəm qürurla dalğalanan o bayraqların inşa və hazırlanma xərclərini Zakir Fərəcov və Fəzail Hüseynov sənədlərdə hara, hansı şirkətə, kimin adına yazıblar? Mən Zakir Fərəcov və Fəzail Hüseynovdan bu sualın cavabını istəyirəm. Əgər cavab verə bilirlərsə, buyurub versinlər. Mənim əlimdə baraqların Türkiyədə hazırlanması ilə bağlı ödəniş çekləri var. Zakir Fərəcov və Fəzail Hüseynovun əlində nə var? Əllərində bir şey varsa, ortaya qoysunlar.
Mən mətbuat vasitəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edirəm, onlardan xahiş edirəm bu faktları yoxlasınlar. Mən 11 aydır ki, səssiz-səmirsiz həbsxanada yatıram və bu müddətdə hesab edirdim ki, ədalət öz yerini tapacaq və mən yenidən bəraət alacağam. Lakin belə görünür ki, Zakir Fərəcov və Fəzail Hüseynov öz korrupsiya əməllərini gizlətmək üçün mənim həbsxana divarları arasında uzun müddət qalmağım üçün qərar veriblər. Lakin mən ümidimi itirməmişəm və dövlətimizin, xüsusilə də Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ədalətinə inanram”.
Yazıda adı keçən vəzifəli şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Aşağıdakı videoda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova Müqayis Verdiyev gördüyü işlər barədə hesabat verir:
MilliYol.az
Digər xəbərlər
loading...