Yeni Zelandiyada yaşayan soydaşımız Tofiq Məmmədov sentyabrın 23-də bu ölkədə keçiriləcək parlament seçkilərinə qatılacaq. T. Məmmədovun namizədliyi Yeni Zelandiyanın Leyboristlər Partiyası tərəfindən irəli sürülüb. Bu barədə məlumatı “Sputnik”ə Diasporla iş üzrə Dövlət Komitəsi verib.
Qeyd edək ki, 22 ildir Yeni Zelandiyada yaşayan T.Məmmədov 1978-ci ildə Bakıda doğulub, 18 saylı orta məktəbdə, daha sonra isə Yeni Zelandiyanın Oklend şəhərində yerləşən Mount Roskill beynəlxalq məktəbində orta təhsil alıb, Açıq Politexnik İnstitutunun məzunudur. 1995-ci ildən Oklend şəhərində yaşayan soydaşımız bu ölkənin vətəndaşıdır. Hazırda Daşınmaz Əmlak Şirkətlər Qrupununun sahibi olan həmyerlimiz siyasi fəaliyyətə 1999-cu ildən Leyboristlər Partiyasının üzvü kimi başlayıb.
T.Məmmədov 2014-cü ildə keçirilmiş parlament seçkilərində də iştirak edib. Hazırda onun seçkidə qalib gəlmək imkanları xeyli yüksəkdir.
MilliYol.Az
Digər xəbərlər
loading...