Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başladı
Virtualaz.org-un məlumatına görə, Müqəddəs Danil monastırında keçirilən görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qaregin iştirak edirlər.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, Azərbaycan və Ermənistan dini liderlərinin görüşü Patriarx Kirillin təşkilatçılığı ilə keçirilir.
Üçtərəfli görüşdən əvvəl isə Allahşükür Paşazadə ilə Kirill arasında ikitərəfli görüş keçirilib.
Rus Pravoslav Kilsəsinin rəhbəri QMİ sədrinə Moskvaya səfər etdiyinə görə təşəkkür edib və Şeyxin dinlər və xalqlar arasında dialoqun inkişafına böyük töhfə verdiyini qeyd edib.
Tərəflər sülhməramlı əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bəyan ediblər və qarşıdakı üçtərəfli görüşün Qafqazdakı münaqişənin həllinə kömək edəcəyinə ümid etdiklərini bildiriblər.
MilliYol.Az
Digər xəbərlər
loading...