Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib
Musavat.com xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə intihar etmiş MTN polkovniki Malik Mustafayevin epizodu üzrə şahidlər dindirilib.
İlk şahid mərhumun qızı Aysel Mustafayeva olub. Şahid deyib ki, əmisi həbs ediləndən sonra atası təzyiqlərə məruz qalıb. Atasının intihar edəcək bir adam olmadığını deyən şahid bildirib ki, atası bu məsələlər barədə ona heç nə deməyib: "Məsələlərdən nə mənim, nə də qardaşımın xəbəri olmurdu. Onu bilirəm ki, çox gərgin olurdu. Atamın niyə intihar etdiyini deyə bilmərəm. Sadəcə o qəbul edə bilmirdi. İşdən də sərəncama götürmüşdülər. Gərgin olurdu".
Həbsdə olan general Elçin Quliyevin 8 il köməkçisi olmuş Rüstəm Rüstəmov da məhkəmədə dindirilib. 8 il məzuniyyətsiz Elçin Quliyevin yanında olduğunu deyən şahid rəisini həmin illərdə kiməsə hədə-qorxu gəldiyini görmədiyini söyləyib.
MTN generalı Mətləb Mustafeyevin bir daha həbs olunmasından danışıb: "Sən çox ləyaqətsiz işlər görmüşdün. Özün yaxşı bilirsən. Səninlə bağlı MTN-ə ərizə yazmışdılar. Lazımdısa burda açıqlayım".
MTN-in Müvəqqəti Saxlama Təcridxanasının rəisi olmuş Zaur Bənnayev də şahid qismində məhkəmədə ifadə verib. O, mərhum Mətləb Mustafayevi MTN-də təknəfərlik kameraya saldıqlarını deyib: "Bir dəfə səhhəti pisləşdi. Həkim dəvət etdik və müayinə edildi. Sonra poliklinikanın rəhbəri Məzahir Qurbanov gəldi. Sabiq nazirin göstərişi olmuşdu. Mətləb olan vaxtı ora ATM rəis müavini İlqar Əliyev də gəlmişdi. Mənim otağımda görüşdülər".
Məhkəmədə Mətləb Mustafayev hakimdən söz istəyib. O, MTN generalını ittiham edib: "Elçin Quliyev özü deyib ki, 2014-cü ilin noyabrın 1-də Malik Mustafayev onun yanında cəmi 2 dəqiqə olub. Bununla bağlı biz sorğu verdik. DTX-dən bildirildi ki, Malik Mustafayev həmin gün Hilal Əsədovun razılığı ilə 13:04-də MTN-in Antiterror Mərkəzinə daxil olub, 15:44-də oranı tərk edib. Yəni 2 saat 40 dəqiqə orda olub. Maliklə Elçin Quliyevin son görüşü Mübariz Hüseynovun xidməti otağında cəmi 20-30 dəqiqə çəkib. Bəs burda sual yaranır ki, Malik Mustafayev 2 saat harada olub? Başqa kimin yanında olub? Həmin gün o, İlqar Əliyev və Elçin Quliyevin yanında olub. Elçin Quliyevin xidməti otağında qardaşım sorğu-sual edilib. İlqar Əliyev qardaşımdan müstəntiq Elşən Murtuzovun təyin etdiyi vəkil Vaqif Məmmədovdan imtina edildiyinin və vəkil Eldəniz Alxazla müqavilə bağlamağının səbəbini soruşub. Qardaşım Malik ona bildirib ki, bu ailə üzvlərinin istəyi ilə olub. Bu zaman İlqar Əliyev həmin qohumun telefonunu istəyib və həmin qohumdan Malikin doğru danışıb-danışmamağını soruşub. Yaxın qohumu da vəkillə müqavilə bağlamasında kömək etdiyini deyib. Onlar Malik Mustafayevə mənə görə təziq göstəriblər. Malik onunla razılaşmayıb. Daha sonra Elçin Quliyev qardaşıma bildirib ki, həftənin birinci günü gəlib, sənədlərlə tanış olarsan, qardaşını başa salarsan".
Növbəti məhkəmə prosesi sentyabrın 22- də davam edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...