Sentyabrın 7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel arasında Bakıda görüş keçirilib.Bu görüş zamanı hansı məsələlər müzakirə edilə bilər?
Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov Modern.az-a açıqlama verib.
Deputat bildirib ki, belə bir görüşə Azərbaycan artıq ikinci dəfədir ki, ev sahibliyi edir:“Bu görüşün keçirilməsi Türkiyə və Azərbaycan da baş tuta bilərdi. Ona görə ki, Rusiya Gürcüstana nümayəndə göndərəsi deyil. NATO-da Ermənistana.
Ona görə də bu görüşün keçirilməsi üçün ən əlverişli yer Bakı idi. Həm təhlükəsizlik, həm də kommunikasiyaların olması baxımından. Bu görüşün keçirilməsi ilə diqqətlər Bakıya yönəldi. Azərbaycanın beynəlxalq meydan kimi əhəmiyyəti atır”.
Rasim Musabəyov qeyd edib ki, görüşdə Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
“Həmçinin onlar ölkə başçısı və Azərbaycanın hərbi rəhbərlikləri ilə görüşdə Dağlıq Qarabağla bağlı məsələləri müzakirə ediblər. Onlar Azərbaycanı maraqlandıran məsələlərə diqqətlərini cəlb ediblər”.
MilliYol.Az
Digər xəbərlər
loading...