“SOCAR Ukraine” Ticarət Evi “Qazprom Neftexim Salavat” MMC-nin istehsalı olan dizel yanacağı üçün təklif verib
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, təchizatçı Osnova (Xarkov vilayəti) dəmir yolu stansiyasında “Euro-5” standartındakı məhsulun ilk partiyasını 1 ton üçün 23 500 qrivnaya təklif edib.
“A-95” konsaltiqn qrupundan bununla bağlı qeyd olunub ki, Xarkov vilayətində yeni təchizat mənbəyi Şərq regionunda rəqabəti gücləndirir.
Bu həftənin əvvəlində “SOCAR Ukraine” Ticarət Evindən “Report”a bildirilib ki, şirkət “LVK Centre Limited” (Böyük Britaniya) vasitəsilə Rusiyanın “Qazprom Neftexim Salavat” şirkətindən dizel yanacağı tədarük etməyə başlayıb. İlkin olaraq 700 ton həcmində yanacaq tədarük edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...