Moskvada yaşayan Yekaterina İaşeva adlı sosial şəbəkə istifadəçisi öz səhifəsində maraqlı paylaşım edib
Lent.az-ın məlumatına görə, xanım İaşeva Sevastopol uğrunda döyüşlərdə həlak olmuş Məmmədov soyadlı azərbaycanlı döyüşçüyə məxsus medalyon tapıldığını bildirib və üzərində ünvan olan qeydləri yayımlayıb. Həmin qeydlərdə döyüşçünün Bakı şəhəri Verxnaya Naqornaya küçəsi, 80 ünvanında yaşadığı bildirilib.
İaşevanın paylaşımından sonra rusiyalı araşdırmaçılar həmin şəxsin Məmmədov Həsən olduğunu müəyyənləşdiriblər. Araşdırma nəticəsində o da məlum olub ki, Həsən Məmmədov 1942-ci ildə 338-ci atıcı diviziyasının tərkibində Sevastopol şəhəri uğrunda döyüşlərdə iştirak edib və həlak olub.
Bundan başqa, araşdırma zamanı o da məlum olub ki, Həsən Məmmədovun yanında daha iki azərbaycanlı döyüşçü dəfn edilib. Bunlar Məhərrəmov Q. və Şıxəliyev soyadlı azərbaycanlılardır.
MilliYol.Az
Digər xəbərlər
loading...