ABŞ işğal altında olan Qarabağda qanunsuz mina təmizləmə işlərinə 1.5 milyon dollar vəsait ayıracaq
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ABŞ Konqresi konqresmen Delfid Valadaonun Dağlıq Qarabağda qanunsuz mina təmizləmə əməliyyatlarına əlavə vəsait ayrılmasına dair təşəbbüsünə razılıq verib.
“Amerikanın səsi” xəbər verir ki, ABŞ-ın xarici ölkələrə maliyyə ayırmasına dair qanun layihəsinin son versiyasının cümə günü Konqresdə səsverməyə çıxarılacağı gözlənilir.
Konqresmenin məruzəsinə əsasən, artıq Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən HALO TRUST tərəfindən minalanmış sahələrin 90 faizi təmizlənib.
Təşkilatın qiymətləndirməsinə görə, 2020-ci ilədək Dağlıq Qarabağın minalardan tam təmizlənməsi üçün əlavə 8 mln dollar vəsait tələb olunacaq.
Xatırladaq ki, Birləşmiş Ştatlar erməni lobbisinin təsiri nəticəsində 2000-ci ildən etibarən davamlı olaraq HALO TRUST təşkilatına böyük maliyyə vəsaitləri ayırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...