Dünən axşam Tovuzda baş verən kütləvi zəhərlənmə ilə bağlı tədqiqat başlayıb
Bu barədə virtualaz.org saytına Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.
Z.Kazımovun sözlərinə görə, Tovuz rayonunda “Turan” şadlıq evində keçirilən mərasimdə iştirak edən 39 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya gətirilib.
“Zəhərlənənlərdən 8-i azyaşlıdır. Onlara ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar”, - şöbə müdiri deyib.
Bəlli olub ki, toyda verilən qidalar ev şəraitində hazırlanıb. “Toyda verilən salat və ətdən hazırlanan yemək evdə bişirilib. Zəhərlənmənin də məhz bu qidalardan baş verdiyi ehtimal edilir. Yeməklərdən nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Analizin nəticəsi yaxın vaxtlarda açıqlanacaq”, - Z.Kazımov deyib.
Mütəxəssis ev şəraitində hazırlanan yeməklərin saxlanılması qaydalarına riayyət edilməsini tövsiyə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...