Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, dəqiq aviasiya zərbəsi nəticəsində 40-a yaxın İŞİD terrorçusu məhv edilib
Virtualaz.org nazirliyin məlumatına əsasən xəbər verir ki, Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığında terrorçuların komanda məntəqəsinə endirilmiş aviasiya zərbəsi nəticəsində təşkilatın “müharibə naziri” Gülmurad Həlimov öldürülüb. Bundan başqa, İŞİD-in daha üç nüfuzlu səhra komandiri zərbənin vurulduğu yerdə keçirilən iclasda iştirak edirmiş. Onlar da məhv olublar.
Öldürülənlər arasında terrorçuların maliyyə məsələlərinə cavabdeh olan, həmçinin İŞİD-in təlim bazalarına yeni döyüşçülərin gətirilməsini tənzimləyən Əş-Şimalinin də olduğu bildirilir.
Gülmurad Həlimovun hansı ölkənin vətəndaşı olduğu dəqiqləşdirilmir.
Qeyd edək ki, Gülmurad Həlimov əvvəllər Tacikistanda OMON-un başçısı olub.
MilliYol.Az
Digər xəbərlər
loading...