Bu gün səhər saatlarında Meksikanın Sakit okean sahillərində gücü 8 bala çatan zəlzələ baş verib
Məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.
Zəlzələnin episentri Pixixyapan şəhərindən 96 kilometr cənub-qərbdə, 35 kilometr dərinlikdə yerləşib. Dağıntılar və tələfat haqda hələ məlumat daxil lmayıb. Meksika xilasetmə xidmətləri bu zəlzələnin 1985-ci ildən bu yana baş vermiş ən güclü yeraltı təkanlar olduğunu bildiriblər. Həmin zəlzələdə minlərlə adam həlak olmuşdu.
Reuters bildirir ki, yeraltı təkanlardan sonra paytaxt Mexikoda panika başlayıb, insanlar tələsik binaları tərk edərək küçələrə qaçıblar. Sakit okean sunami xəbərdarlıq mərkəzi regionda sunami təhlükəsi barədə xəbərdarlıq edib. Sunami Meksika sahilləri ilə yanaşı yaxınlıqd yerləşən Honduras, Nikaraqua, Qvatemala, Salvador, Panama, Ekvador, Havay adaları və hətta Quam üçün təhlükə yarada bilər.(virtualaz.org)
MilliYol.Az
Digər xəbərlər
loading...