Çin bircə atəş açmadan Suriyada müharibəni udur:Çin sərmayəsi bu ölkəni işğal etməyə başlayıb
Akdoğan Özkan
T24 (Türkiyə), 05.09.2017
Ümumdünya Bankının məlumatına görə, 2011-ci ilin əvvəlindən 2017-ci ilin başlanğıcına qədər müharibə ucbatından Suriya ÜDM-nin toplam itkisi 226 milayard dollar təşkil edir. Dəməşq hökuməti də, təxminən, bu cür rəqəm göstərir. Prezident Bəşər Əsəd bir neçə ay öncə deyib ki, ölkəsinin müharibənin altı ilində məruz qaldığı itki 220 milyard dollardır. Bu isə bildirir ki, Suriyada müharibədən ziyan bu ölkənin 2010-cu il ÜDM həcmini 3-4 dəfə üstələyir.
Sanıram ki, bununla bağlı sıradakını əminliklə deyə bilərik: ola bilsin ki, Dəməşq hökuməti müttfəqlərin yardımı ilə Suriyada müharibəni udacaq. Amma, çox ehtimal ki, silahlar susanda bu müharibənin hesabını ödəyə və yaraları təkbaşına sağalda bilməyəcək.
Dəməşq hökuməti müharibənin altı ili ərzində iflic edilmiş sosial sferanı və zədələnmiş sosial infrastrukturu, məktəblərdən xəstəxanlara, yollardan istilik elektrik stansiyalarına qədər infrastrukturu dağıdılmış ölkəni təkbaşna çiçəklənən ölkə və bərpa etməyə gücü çatmayacaq.
Lakin bu pullar, bu yatırımlar haradan gələcək? Suriyanı kim yenidən quracaq?
Keçən həftə yazdığımız kimi, Türkiyənin Suriyanı bərpa etmək şansı yoxdur. Kimin imkanı olduğu haqda təsəvvürlərimizi indi bölüşmək istərdik.
Rusiya. Bilirik ki, neftin düşmüş qiymətləri və hərbi kampaniyaya gündə üç milyon dollar məsrəfə görə Dəməşq hökumətinin baş müttfəiqi Rusiyanın kassası əvvəlki qədər etibarlı deyil. Həm də, əlbəttə, ruslar müttəfiq hüququnda işə girişəcəklər, amma çətin ki ən böyük yatırımçı olsunlar.
Fars körfəzi ölkələri. Neft qiymətlərinin azalması ilə bağlı Rusiya kimi büdcəni kökündən büsbütün dəyişdirmiş Fars körfəzi ölkələri də ən böyük yatırımçı rolunu öz üzərinə götürə bilməz, amma yenə də hansısa rolu oynayacaq.
ABŞ. Bu müharibənin yaratdığı şərait sayəsində bir dönümlə özünün Səudiyyə Ərəbistanı kimi “müttəfiqlərinə” 110 milyard dollar məbləğində silah satan ABŞ-ı “Suriyanın bərpası” narahat etmir.
AB. Qaldı Avropa Birliyinə … Avropa ölkələri müharibə vaxtı Suriyaya qarşı çox da xeyirxah deyildi və indi, çox ehtimal ki, bu məsələyə belə mövqedən yanaşır: “Dəməşq hökumətinin ölkənin bərpasında istənilən halda yardımımıza ehtiyacı olacaq və o zaman bu ölkədə bizim istəyimizlə hökumət qurmaq üçün hər şey bizdə olacaq”.
Bununla belə, Avropanın hansı şansı olacağı haqda sual hələlik müəmma olaraq qalır!
Çin. Müşahidəçilərin fikrincə, Suriyanın bərpasında önəmli rolu BRHÇC ölkələri oynayacaq, amma ölkələr arasında baş rolu üzərinə götürəcək ölkə, əlbəttə, Çin olacaq!
Bu faktın nümayişi baxımından 17-26 avqustda Suriya paytaxtında baş tutmuş, Çinin də səfirlik səviyyəsində qatıldığı “Dəməşq beynəlxalq sərgisi” mühüm göstərici olub. Bununla belə, iki ölkə münasibətləri bu sərgiyədək fəallaşıb. 2017-ci il iyulun 9-da Pekində Suriya səfirliyinin dəstəyi ilə qarşlıqlı mübadilə üzrə Çin-ərəb assosiasiyası tərəfindən “Suriya günü” adlı tədbir keçirilib. Onda əsasən yatırım və inşaat sahəsində çalışan Çin firmalarının minlərlə təmsilçisi iştirak edib. Suriyaya birinci dərəcəli yatırımların da təmsil olunduğu tədbirdə SƏR-in Pekindəki səfiri İmad Mustafa çıxışında vurğulayıb ki, Suriya hökuməti yatırım və inşaat sahəsindəki imkanlar baxımından Çin şirkətlərinə üstünlük verəcək və Suriyada gözləyirlər ki, müharibədən sonra ölkənin bərpasında bu şirkətlər öz üzərinə böyük rol götürəcək.
150 Çin şirkətinin iştirakı ilə başlanğıc
Hər şeyə əsasən, Dəməşq hökumətinin bu gözləntisi cavabsız qalmayacaq. İlk sövdələşmə elə bu tədbirdə baş tutub. Mübadilə üzrə Çin-Ərəb assosiasiyası sədrinin müavini Tsin Yunun bildirdiyi kimi, Çin şirkətləri Suriyada sənaye parkının yaradılmasına iki milyard dollar yatırmağa hazırlaşır. Layihə indiki mərəhələdə Çinin 150 şirkətini birləşdirir.
Əlbəttə, söhbət bu cür böyük layihədən gedəndə onun hüquqi çərçivələri özəl hazırlıq tələb edir. Suriya səfirliyi, qarşılıqlı mübadilə üzrə Çin-Ərəb assosiasiyası və Çinin mərkəzi Pekində olan hüquq firması 2017-ci il iyulun 4-də 4 Suriyanın bərpası, həmçinin Çin şirkətlərinin ehtiyac duyduğu yatırım mühitinin formalaşmasına şərait yaradacaq hüquqi dəstək göstərməklə bağlı hüquqi və texniki məsələlərlə məşğul olası özəl komissiya yaradıb.
“Dəməşq beynəlxalq sərgisi”nə rəsmi səviyyədə qatılmış 23 ölkədən biri olan Çin Suriya ilə münasibətlərin inkişafı yolu ilə 2011-ci ildə müharibənin başlanması ilə getməyib. Bu münasibətlər daha qədim tarixə malikdir. Suriya 1956-cı ildə Misirlə birlikdə Çin xalq respublikasını tanımış ilk ərəb ölkəsi olub. ÇXR ilə SƏR arasında mal dövriyyəsi ilbəil artıb və Çin Suriyanın ən böyük ticarət tərəfdaşı olub. Deməli, Dəməşq müharibədən qabaq Çindən 2,4 milyard dollar həcmində vasitəsiz idxalat həyata keçirib və idxalatın önəmli qismini informasiya və elektron texnologiyası məhsulları, ağır sənaye malları təşkil edib. Suriyanın Çinlə ticarət həcmi hətta bu ölkənin əsas strateji müttəfiqi sayılan Rusiyanınkından çox idi.
Çinin Suriyada həmçinin neft sənayesinə, o cümlədən neft yataqlarının kəşfiyyatı işləri və mənimsənilməsinə çoxmilyardlıq yatırımı var. Çin milli neft şirkəti Suriyanın Həyyan yataqlarında işləyən iki ən böyük neft şirkətinin səhmlərinə malikdir. Suriyada müharibə üzündən bu sahəyə Çin yatırımları kəsilsə də, işğal edilmiş neft yataqları İŞİD-dən azad edildikcə Dəməşq-Pekin əməkdaşlığının əvvəlki dövrlərə dönəcəyinə ümidlər güclənir.
Çin həmçinin BMT Təhlükəsizlik Şurasında Suriyaya münasibətdə sanksiyalar tətbiqi haqda qətnaməyə veto qoyaraq Suriyanı dəstəkləyib. Bu yardım Suriya hökuməti üçün olduqca dəyərlidir. Lakin Çin dəstəyi təkcə diplomatiya ilə məhdudlaşmır. Pekin rəhbərliyinin müharibə vaxtı Dəməşq hökumətinin tərəfində hərbi əməliyyatlara qatılmaq üçün Suriyaya qoşun göndərmədiyinə baxmayaraq məlumdur ki – bunu Çinin ingilisdilli rəsmi media qurumu “Global Times” da təsdiqləyir – Pekin bu ölkəni puleymot, uzunlüləli snayper tüfəngləri, raket batareyaları kimi silahlarla təchiz edir. Buna görə də Suriyada Çindən hərbi heyətə təlim keçən xeyli sayda hərbi müşavirlər də var.
“Bir qurşaq, bir yol” layihəsi
Unutmağına dəyməz ki, Suriya tarixi İpək Yolunun Palmira və Hələb kimi mühüm yolayrıcıları marşrutlarına malikdir və Aralıq dənizinə çıxışı olan ölkədir . Bu səbəbdən gözlənilir ki, Suriya Çinin bu tarixi marşruta istinadən hazırladığı “Bir qurşaq, bir yol” layihəsində də mühüm geostrateji rol oynayacaq. Çin “Bir qurşaq, bir yol” strategiyası çərçivəsində şərqi-qərb Asiya və Orta Asiya üzərindən Avropaya yetişəcək yeni İpək Yolu yaratmaq arzusundadır. Çinin xüsusən diqqət cəmlədiyi yüksəksürətli transqitə dəmiryol şəbəkəsinin (yeni dəmiryol İpək Yolu) hədəfi Avropa və Asiyanın 40 ölkəsini bir-biri ilə və dünya əhalisinin 75%-i birləşdirməkdir. Bu qurşağın əsas marşrutundakı qatarlar saatda 320 km-dən az olmayan sürətlə hərəkət edəcək. Şanxaydan Berlinə yol bunun sayəsində 15 deyil, iki gün aparacaq. Halbuki bir tərəfdən yeni İpək Yolu Çini Xəzər dənizi və Qara dənizin şimalı üzərindən Avropa ilə birləşdirəcək, digər tərəfdən Suriya üzərindən Aralıq dənizinə ticarət yolu açılacaq.
Bu strategiya çərçivəsində Suriyaya ayrılan rol Çin müasir beynəlxalq münasibətləri araşdırma İnstitutu əməkdaşlarından Çen Fenqinqi sıradakı sözləri deməyə vadar edib: “Suriya İpək Yolunun keçmiş olduğu ölkədir. Bu ölkədə durum yenidən normallaşsa, biz “Bir qurşaq, bir yol” layihəsi çərçivəsində Suriya iqtisadiyyatının müxtəlif sektorlarına yatırımlar həyata keçirə bilərik”.
Bir sözlə, Çinin Suriya ərazisində Dəməşq hökumətinin düşmənlərinə atəş aça biləcək bir hərbçisi də yoxdur. Lakin, deyəsən, Suriyada müharibəni Çin (də) udur!
Tərcümə Strateq.az-ındır.
MilliYol.Az
Digər xəbərlər
loading...