Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Petek Dinçöz Bakıya gəlib
Axşam.az-ın məlumatına görə, onun gəlişinin səbəbi aktrisa Məlahət Abbasovanın “Məlahətli söhbətlər” proqramında çəkilməkdir. Bundan əvvəl isə M.Abbasova Meral Konrat və Serpil Tamuru proqramında qonaq edib.
Bəs görəsən, aktrisa Türkiyədən gələn qonaqlara bunun üçün nə qədər qonorar ödəyir? Bu məbləğu kim qarşılayır?
ATV-nin İctimai-Siyasi Məsələlər və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Turan İbrahimov məsləyə aydınlıq gətirib. O bildirib ki, heç bir türkiyəli qonaq onlardan qonorar istəməyib:
“Türkiyədə belə bir adət var ki, məşhurlar getdikləri verilişlərdən qonorar alırlar. Status qazanmış ifaçılar hər verilişə qatılmaq üçün 10-15 min tələb edir. Bura gələn məşhurların heç biri bizdən qonorar istəməyib. Biz yalnız onların bilet pullarını ödəyir, oteldə qalmaqlarını təmin edirik. Məlahət Abbasovanın xətrinə onlar dəvəti qəbul edirlər. Həm də bu, komersiya məqsədi güdən veriliş deyil. Burada iki ölkənin mədəniyyəti qarşılaşdırılır. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin bir çox qurumları bu layihəni dəstəkləyirlər. Verilişin formatı bundan ibarətdir ki, Azərbaycan və Türkiyəli məşhur oturur, çay süfrəsi arxasında söhbət edirlər”.
MilliYol.Az
Digər xəbərlər
loading...