“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində olan həbsin girovla əvəz edilməməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib
Bu barədə virtualaz.org-a vəkil Fuad Ağayev məlumat verib. İddiaya yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Xatırladaq ki, M.Əliyev barəsində olan həbsin girovla əvəz edilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müracitə etmişdi. Məhkəmə müraciəti təmin etməyib.
Qeyd edək ki, M. Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
MilliYol.Az
Digər xəbərlər
loading...