SOCAR-ın Ukraynadakı törəməsi ("SOCAR Ukraine") və bir sıra digər şirkətlər "Ukrtransqaz" dövlət müəssisəsinin elan etdiyi keçirdiyi tenderdən kənarlaşdırılıb
"APA-Economics" xəbər verir ki, müvafiq qərar Tender komissiyası tərəfindən verilib.
Tender iştirakçıları "Ukrtransqaz" üçün 2,5 mlrd. kubmetr həcmində təbii qazın alışına dair təkliflərini verməli idi. "Ukrtransqaz" təbii ehtiyatı qaz təminatı sisteminin balanslaşdırılması üçün istifadə etmək niyyətindədir.
"SOCAR Ukraine" şirkətinin tenderdən kənarlaşdırılmasının səbəbinə gəlincə, törəmə müəssisənin adı etibarnamədə və bank təminatında fərqli formada göstərilir.
Tenderdən kənarlaşdırılanlar arasında "Trafigura" kimi məşhur şirkət də var.
Ümumilikdə tenderdə iştirak etmək 13 şirkət təklif verib, bunlardan beşinin təklifi qəbul olunub.
Yeri gəlmişkən, tenderdən kənarlaşdırılan şirkətlər, o cümlədən "SOCAR Ukraine" Ukraynanın Antiinhisar Komitəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Bu səbəbdən tender proseduru müvəqqəti olaraq dayandırılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...