General Gerasimov Bakıdadır: prezident İlham Əliyevlə və Baş qərargah rəisi Nəcməddin Sadıqovla görüşəcək
Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov NATO Hərbi komitəsinin sədri, general Pyotr Pavellə görüşmək üçün artıq Bakıdadır.
Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən generallar beynəlxalq təhlükəsizliyə dair aktual məsələləri müzakirə edəcəklər. Habelə general Gerasimov Bakıya işgüzar səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə və silahlı qüvvələrin Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla görüşlər keçirəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...