Kataloniya parlamenti müstəqillik barədə referendum haqqında qanunu qəbul edib. Muxtar qurumun İspaniya Krallığından ayrılmasının tərəfdarlarının fikrincə, bu qanun okatyabrın 1-də onlara səsvermə keçirməyə imkan yaradacaq
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, İspaniya hökuməti qəbul edilmiş sənədi qanunsuz hesab edir və Konstitusiya məhkəməsinə bununla bağlı müraciət edəcək.
Qanun layihəsi parlamentdə mütləq çoxluğa malik (135 deputatdan 72-si) iki partiyanın – “Hə üçün birlikdə” və “Xalq birliyi namizədləri” partiyalarının deputatlarının səsləri ilə qəbul edilib.
Xalq partiyasını, Kataloniya Sosialist partiyasını və mərkəzçi “Vətəndaşlar” partiyasını təmsil edən deputatlar səsvermədən öncə iclas zalını tərk ediblər.
Müxalif partiyaların bütün ciddi-cəhdlərinə və iclasın altı dəfə kəsilməsinə baxmayaraq, sözügedən partiyalar qanunun “sürətləndirilmiş qaydada” qəbulunun qarşısını ala bilməyib.
Elə bu gün Kataloniya hökumətinin başçısı Karles Puçdemon oktyabrın 1-də referendumun keçirilməsi barədə dekreti imzalamaq fikrindədir.
MilliYol.Az
Digər xəbərlər
loading...