Myanmadan Banqladeşə qaçan Rohinca müsəlmanlarının sayı əvvəlki rəqəmləri iki dəfə üstələyə və təqribən 300 min nəfər təşkil edə bilər
RİA “Novosti” xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Banqladeş üzrə nümayəndəsi Dipayan Bxattaçariyaya istinadən “Reuters” məlumat yayıb.
Bundan əvvəl açıqlanan rəqəm 146 min nəfər təşkil edirdi.
O bildirib ki, daha yüksək rəqəm həddinə əsaslanaraq, ÜƏP 4 ay ərzində 300 min qaçqının yüksək kalorili biskvit və düyü ilə təmin edilməsi üçün əlavə olaraq 13,3 milyon dollar vəsaitə ehtiyac duyacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...