Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Petek Dinçöz Bakıya gəlib
Axşam.az-ın məlumatına görə, paytaxtımıza aktrisa Məlahət Abbasovanın dəvəti ilə gələn sənətçi media nümayəndələri ilə görüşüb.
Azərbaycanla bağlı təəssüratlarını bölüşən Dinçöz bura tez-tez gəldiyini deyib:
“Bir vaxtlar Türkiyədə veriliş aparırıdım. Onda bir çox azərbaycanlı sənətçini proqramımda qonaq etmişdim. Sizin ölkənizdə sənətə böyük hörmət var. Mən izmirliyəm. Siz də onlar kimi səmimisiniz”.
Petek Azərbaycan mətbəxini çox bəyəndiyini söyləyib. İfaçı Bakıya gəlməzdən əvvəl görünüşündə dəyişiklik etdiyini deyib:
“Saçlarımın necə olduğunu heç demədiniz. Sırf bura üçün dəyişdim, onları həm uzatdırdım, həm də boyatdırdım”.
Müğənni açıqlamasında onu da bildirib ki, ən böyük xəyalı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə şəxsən tanış olmaqdır.
Petek ATV kanalında yayımlanacaq “Məlahətli söhbətlər” verilişinə çəkiləcək. Proqramın aparıcısı M.Abbasovadır. Mətbuat konfransına qatılanlar arasında aparıcı Turan İbrahimov da yer alıb.
MilliYol.Az
Digər xəbərlər
loading...