Dünən axşam saatlarında Lənkəranda bıçaqlanma hadisəsi baş verib
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, insident Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində qeydə alınıb.
Uşaq evinin sakini olan 16 yaşlı Abdullayev Emil Tofiq oğlu eyni tərbiyə müəssisəsində yaşayan Seyran adlı digər bir yoldaşı tərəfindən bıçaqlanıb. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara alan E.Abdullayev dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan yeniyetmənin vəziyyətinin stabil olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən digər yeniyetmə istintaqa cəlb edilib.
İnsidentin hansı səbəbdən baş verdiyi barədə hələlik məlumat yoxdur.
MilliYol.Az
Digər xəbərlər
loading...