Ermənistan hökuməti sabiq baş nazir Baqratyanın müsahibəsinə reaksiya verdi
Ermənistanın Nüvə Təhlükəsizliyinin Nizama Salınması üzrə Dövlət Komitəsi hesab edir ki, keçmiş baş nazir Qrant Baqratyanın respublikada nüvə silahının oduğunu bildirməsi üçün heç bir əsası yoxdur.
Virtualaz.org-un məlumatına görə, Komitənin aysor.am-da dərc edilmiş açıqlamasında deyilir: "Belə bəyanatlar üçün saslar yoxdur".
Qeyd edək ki, bu açıqlama sabiq baş nazirin Polşada keçirilən 27-ci beynəlxalq iqtisadi forum zamanı virtualaz.org-un müxbiri ilə söhbətində dediklərinə cavabdır.
Xatırladaq ki, həmin söhbət zamanı Q.Baqratyan bəyan etmişdi ki, Ermənistan nüvə silahına malikdir və bu ona sovet vaxtlarından qalıb.
"Bəli, bizdə nüvə silahı var və mən bunu açıq deyirəm", - deyə o vurğulamışdı.
Əməkdaşımızın “qorxmursunuzmu ki, belə bəyanatlardan sonra Ermənistanı sanksiyalar baxımından Şimali Koreyanın taleyi gözləyə bilər” sualının cavabında isə Baqratyan demişdi: "Ermənistan özünü Azərbaycandan necəsə müdafiə etməlidir".
MilliYol.Az
Digər xəbərlər
loading...