İsrailin baş naziri Binyamin Netanyahu əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanla sıx əlaqələrin qurulmasından danışıb
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu məsələyə o, yəhudilərin yeni il bayramı sayılan Roş-a-Şana münasibəti ilə XİN-də düzənlənən qəbulda çıxış edərkən toxunub.
Bayram qəbulu Netanyahunun Mərkəzi və Cənubi Amerikaya gözlənilən səfəri ilə əlaqədar olaraq Roş-a-Şana iki həftə qalmış keçirilib.
Baş nazir çıxışı zamanı İsrailin Afrika ilə əlaqələrinin bərpa olunduğunu, Çin, Hindistan və Yaponiya, həmçinin müsəlman ölkəsi olan Azərbaycan və Qazaxıstanla sıx əlaqələrin qurulduğunu bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...