İcra başçısı sahibkara təzyiq edir: "Ya imzadan imtina et, ya da restoranını bağla"
Neftçlada İsmayıl Vəliyevlə sahibkarlar arasında gərginlik günü-günədən artır.
Bir neçə gün əvvəl Neftçaladan olan 18 sahibkar rayonda yaranmış dözülməz şəraitdən ölkə prezidenti İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, vergilər naziri Fazil Məmmədova, elologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənova müraciət ünvanlayıblar. Həmin müraciətə imza atanlardan biri olan sahibkar Nazim Əlihüseynov mətbuata müraciət edərək atdığı imzadan imtina edib.
MilliYol.Az anaxeber.az-a istinadən xəbər verir ki, imtinaya səbəb isə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin sahibkara birbaşa təzyiqi ilə nəticələnib. Məlumatda bildirilir ki, İsmayıl Vəliyev "Məkan" restoranının sahibi olan Nazim Əlihüseynova açıq şəkildə bildirib ki, ya atdığı imzadan imtina edəcək, ya da restoranını bağlayıb, gedib evində oturacaq. Təbii ki, bu sözlərdən sonra iş adamı ikinci varianta üstünlük verib və atdığı imzadan imtina edib.
Neftçaladakı mənbəmizdən aldığımız məlumatda bildirilir ki, İsmayıl Vəliyev müraciətə imza atan digər sahibkarlara da təzyiqlər edir.
MilliYol.Az
Digər xəbərlər
loading...