Gürcüstanda NATO-nun keçirdiyi “Çevik ruh 2017” təlimi alyansın bundan öncə Qafqazda keçirdiyi digər təlimlərə bənzəyir
Axar.az xəbər verir ki, bunu mediaya açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.
“Gürcüstana “Abrams” tankları gətirilib. Bunun məqsədi Gürcüstana tank desantının çıxarılacağı təqdirdə onun yerli şəraitə uyğunluğunun yoxlanılmasıdır. Üstəlik, NATO üçün önəmli olan gələcəkdə döyüş fəaliyyətlərinin olacağı bölgələrdə mövcudluğudur. Hərbçilər və zabitlər döyüş fəaliyyətlərinin olacağı bölgənin landşaftı, iqlimi, relyefini tanımalıdırlar. Avropada böyük müharibə ehtimalı son dövrlər artıb. Rusiya ilə Gürcüstan arasında müharibənin olması ehtimalını istisna etmək olmaz. Bu, ümumi Avropa müharibəsinə hazırlıq məqsədi daşıyır. Rusiya Baş Qərargahının hesabatına görə, bu müharibə 2025-ci ildə başlamalıdır”, – deyə o bildirib.
Qeyd edək ki, Gürcüstanda NATO təlimi sentyabrın 3-də başlayıb. Təlimdə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Latviya, Rumıniya, ABŞ və Ukraynadan 1500 hərbçi iştirak edir.
MilliYol.Az
Digər xəbərlər
loading...