“AzPolitika.info”-nun xarici KİV-ə istinadla verdiyə xəbərə görə, Miçiqan dövlət universitetinin alimləri ağ cırtdan ulduzların səthində dəfələrlə güclü termonüvə partlayışlarını müşahidə ediblər
Alimlərin fikrincə, ağ cırtdan ulduzların səthində qeydə alınmış partlayışlar digər ulduzlardakı analoji partlayışlardan bir neçə dəfə güclüdür.
Alimlər Oxatan bürcündəki ASASSN-16ma yeni ulduzun səthində güclü enerji püskürməsini qeydə alıblar. Ulduz 2016-cı ilin oktyabrında aşkar olunub.
Termonüvə reaksiyasının fəallığı və gücü, spektral analiz və termonüvə partlayışlarının fəallığına aid digər məlumatların əldə olunması böyük nisbətdə, «Fermi» kosmik qamma-teleskopu sayəsində mümkün olub.
ASASSN-16ma ulduzunun səthindəki partlayışların fərqləndirici xüsusiyyəti qeyri-adi parlaq işıqlanma və yüksək energetikadan ibarətdir. Bu da çox böyük miqdarda enerjinin «azad olması»ndan xəbər verir.
MilliYol.Az
Digər xəbərlər
loading...