Bu il 1650 müəllim iş yerini dəyişib
Bu barədə Təhsil Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, 8-12 iyun tarixlərində isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi üzrə elektron sənəd qəbulu aparılıb.
Eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfərə yaxın, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə nəticəsində isə 1000 nəfərə yaxın müəllim elektron ərizədə göstərdikləri seçimlər üzrə yerləşdirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...