Dünya bazarında qızılın 1 unsiyasının qiyməti ötən gün 1 349,7 dollara çatıb ki, bu da son bir ilin maksimal həddidir
“Report”, “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, qiymətli metal sentyabrın 4-də Şimali Koreyanın “hidrogen” bombasının sınağını keçirməsindən sonra bahalaşmağa başlayıb və onun qiyməti 1 340 dollar/unsiya olub.
Sentyabrın 5-də isə rəsmi Pxenyanın uzunmənzilli ballistik raket sınaq keçirəcəyi barədə bəyanatı, eləcə də Rusiya ilə Çinin ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyaları artırmaq qərarına qarşı çıxması ilə qızılın bir unsiyasının qiyməti 1 350 dollara yüksəlib.
Qeyd edək ki, sonuncu dəfə qızıl bu qiymətə ötən il sentyabrın 7-də alınıb-satılıb. Həmin vaxt qiymət 1 350,5 dollar/unsiya təşkil edib. “Report”u analitik qrupu hesab edir ki, texniki qrafik təhlillər qızılın 1390 dollar/unsiyaya qədər bahalaşağını deməyə əsas verir.
MilliYol.Az
Digər xəbərlər
loading...