Elxan Bəşirov böyük həcmdə əldə edilmiş milyonlarla gəlirlərini offşor zonalarda gizlətməklə vergidən necə yayınıb?
Artıq bir müddətdir ki, dünyanın ən məxfi şirkətlərindən biri olan Panama hüquq firması Mossack Fonseca-dan 11 milyon sənəd mediaya yayılmaqdadır. Bu sənədlər sırasında Azərbaycanda bir çox tanınmış şirkət rəhbərlərinin adı keçir. Həmin şirkətlər uzun illərdir böyük həcmdə əldə edilmiş milyonlarla gəlirlərini offşor zonalarda gizlətməklə vergidən yayınıblar.
Belə şirkərlətrdən biri də “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirovdur. Aztoday-az-a daxil olan məlumatlara görə, Elxan Bəşirov Vircin adalarında “INTERKOMMERS” LTD-nin (Akara Building, 24 De Casto Street, Wickhams Cay I, Road Town, Tortola British Virgin Islands) adlı şirkət qeydiyyatdan keçirib. “INTERKOMMERS” LTD Elxan Bəşirov və onun ortağı “Mətanət A” şirkətinin vitse-prezidenti Vüsalə Quliyevanın adına rəsmiləşdirilib. “INTERKOMMERS” LTD vasitəsilə ilə vergidən yayındırılan milyonlar ölkədən çıxarılır. Bu şirkət vasitəsi ilə çirkli pulların yuyulması barədə də kifayət qədər iddialar var.
Bundan əlavə məlumatlarda qeyd edilir ki, “Mətanət A” şirkətlər qrupuna bir neçə firma daxildir: “VIL CONSTRACTION” MMC, “XRAM” MMC, “AĞDAĞ” MMC, “ZƏRİNQALA” MMC, “UZUNÖMÜRLÜLƏR” MMC və “EFFEKT” MMC-ni göstərmək olar. Adları çəkilən şirkətlər Azərbaycanda yerləşir. Şirkətin bundan əlavə Gürcüstanda “Georgia Matanat-A” LLC, Rusiyada OOO “ŞPAK” adlı törəmə müəssisləri fəaliyyət göstərir. “Mətənət A” şirkətlər qrupuna daxil olan bir çox firmalar kütləvi şəkildə vergidən yayınır. Vergi müfəttişləri də vergi cinayətlərini hansı səbəbdən ört-basdır edilməsi isə məlum deyil. “Mətanət A” şirkətlər qrupuna daxil olan MMC-lər hər il Vergilər Nazirliyinə məktub yazır ki, fəaliyyətləri olmayıb. Məsələn, “VIL CONSTRACTION” MMC nəhəng dövriyyəsinə baxmayaraq fəaliyyətinin olmadığını “iddia edir”, vergi müfəttişləri də bununla “razılaşırlar”. Əslində həmin şirkət iri layihələr maliyyələşdirir.
Aztoday-az şirkətdəki mənbələrə istinadən xəbər verir ki, Elxan Bəşirov İstanbulun Avropa hissəsində “Bahamgül” adlı möhtəşəm bir restoran açıb. Amma Elxan Bəşirov nədənsə həmin restoranı isə şirkətinin vitse-prezident Vüsalə Quliyevaya hədiyyə edib.
Ümumiyyətlə bu şirkətdə baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza çoxsaylı məlumatlar daxil olub. Hal hazırda araşdırmalarımız davam etdiyindən “Mətanət A”da baş verən hadisələri növbəti yazılarımızda izləyə bilərsiz.
MilliYol.Az
Digər xəbərlər
loading...