2017-ci ilin yanvar-iyul aylarında Bakının pərakəndə ticarət şəbəkələrində 10 milyard 304,9 milyon manat məbləğində məhsul satılıb
Bu məbləğ əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.
Yanvar-iyul aylarında xidmət müəssisələri tərəfindən əhaliyə 2 milyard 673 milyon 395 min manatdan artıq, yaxud 2016-cı ilin müvafiq dövrünün səviyyəsinin 99,4 faizi həcmində ödənişli xidmətlər göstərilib.
İstehlak məhsullarının və xidmətlərin qiymətləri iyul ayında iyun ayına nisbətən 0,1 faiz ucuzlaşıb, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsullarının 1,2 faiz bahalaşıb, xidmətlər üzrə qiymətlər 0,4 bahalaşıb.(Trend)
MilliYol.Az
Digər xəbərlər
loading...