Ötən gecədən etibarən ANS-in tanınmış jurnalisti Ləman Ələşrəfqızının sosial şəbəkə hesabında paylaşdığı status müzakirələrə səbəb olub.
Statusa bir çox həmkarı münasibət bildirərək Ləman Ələşrəfqızının sözügedən paylaşımla ANS-dən getməyinə işarə vurduğunu qeyd ediblər. Ancaq jurnalist haqqında yazılanlara heç bir münasibət bildirməyib. Bu da müzakirələrin daha da böyüməsinə səbəb olub.
ANS-in redaktoru Murad Hüseynov isə hər şeyin qaydasında olduğunu qeyd edib. Onun sözlərinə görə, jurnalist sadəcə bir layihədən digərinə keçib: “Ləman kimi kadrı ANS heç vaxt itirməz”.
Məsələ ilə bağlı “Qafqazinfo” ANS şirkətlər qrupunun media məsələləri üzrə müşaviri Mais Məmmədovla əlaqə saxlayıb. O, Ləman Ələşrəfqızı barəsində danışmaq istəmədəyini və sualları jurnalistin özünə ünvanlamağımızı diqqətimizə çatdırdı.
Qeyd edək ki, dünən axşamdan etibarən jurnalist mobil telefonuna edilən zəngləri cavablandırmır.
Xatırladaq ki, bir müddət öncə məşhur jurnalistlər İlhamiyyə Rza, Kəmalə Əlisgəndərqızı da ANS-dən ayrılıblar. Kanalın digər tanınmış simaları Səbinə Heydərova, Sevda Həsənova (Böyük Seva) və Natiq Nailəoğlunun da işdən çıxması haqda mediada xəbərlər yayılsa da, ANS bu xəbərləri təkzib edib.
MilliYol.Az
Digər xəbərlər
loading...