Oktyabrda toya hazırlaşan müğənni Alişanla nişanlısı Eda Erolun ayrılıq xəbərləri təsdiqlənib
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu haqda Alişan ilk dəfə açıqlama verib:
“Eda ilə nişanı qaytarmağımız haqda xəbərlər düzdür. Münasibətimizin evliliklə bitməsini istəyərdik, təəssüf ki, olmadı. Nişanlılıq bir-birini tanıma müddətidir. Bu müddətdə bir-birimizlə yola gedə bilməyəcəyimizi başa düşdük. Qarşılıqlı danışaraq ailələrimizə ayrılacağımızı bildirdik. Sağ olsunlar, onlar bizi barışdırmaq üçün çox cəhd etdilər. Amma iki yetkin insan olaraq verdiyimiz qərardan əminik. Eda mənim həyatımda hər zaman xanımlığı və yaxşı tərəfləri ilə yaddaşımda qalacaq. Bütün media nümayəndələrindən xahiş edirəm ki, ayrılmağımızla bağlı yazacağınız hər bir cümlə bizdən çox ailələrimizi kədərləndirir. Biz onsuz da onların qəlbini qırmışıq. Bu mövzuda həssas olmağınızı xahiş edirik”.
Qeyd edək ki, Alişanla Edanın ayrılmasına səbəb kimi aralarında Edanın keçmiş sevgilisi Oqan Şenyolcu ilə bağlı mübahisə yaranması göstərilir.
MilliYol.Az
Digər xəbərlər
loading...