Axar.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Sözcü” qəzeti çıxış edib
Qəzet bazalarla bərabər, ABŞ-ın hərbi düşərgələrinin sayını artırdığını da bildirib:
“Suriyaya gətirilən silah, hərbi texnika əvvəlcə bu bazalarda toplanılır. ABŞ-ın dəstəklədiyi YPG və onlarla hərəkət edən PKK-ya hər cür təlim keçirilir. Təlimin tamamlanmasından sonra istifadə edəcəkləri silah-sursat onlara verilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Müdafiə naziri Nurəddin Canikli ABŞ-ın Suriyaya gətirdiyi 1200 silahın bir hissəsini YPG adı ilə PKK-ya verdiyini söyləyiblər. Maraqlı məqam odur ki, Türkiyə torpaqlarında PKK-ya qarşı təşkil edilən əməliyyatlarda da YPG-yə verilən silahlar ələ keçirilmişdi”.
Yeni bazalar açılır
İddiaya görə, ABŞ-ın Suriyadakı bazalarının əsas hissəsi Haseke bölgəsində cəmlənib:
“Buradakı bazaların sayı 7-dir. Ümumilikdə bazalar Malikiyə, Qamışlı, Kobani, Tel-Abyad, Menbiç, Cəzirə, Tişrin və Tabkada yerləşir. Tabkadakı hava limanında da ABŞ və Fransanın ayrıca bazaları var. Məhz ABŞ-ın qurduğu bazalarda NATO ölkələrindən gələn mütəxəssislər YPG və PKK-ya hərbi təlim keçirlər.
Kürd ordusu yaradılır
Qəzetə açıqlama verən Türkcə Danışan Ölkələrin Qəzetçilər Dərnəyinin rəhbəri Güngör Yavuzaslan ABŞ-ın Suriyada xüsusi kürd ordusu hazırladığını bildirib:
“ABŞ son aylarda İraqın Ərbil bölgəsinə hərbi sursat tədarükünü artırıb. Buraya gələn yük avtomobilləri, Haseke başda olmaqla, ABŞ nəzarətindəki bazalara gedir. ABŞ Suriyada nəzarət etdiyi bölgələrdə Suriya Kürdüstanı qurmaq istəyir. Vaşinqtonun və bəzi Qərb ölkələrinin yardımı ilə burada kürd ordusu hazırlanır”.
MilliYol.Az
Digər xəbərlər
loading...