ABŞ-ın Minneapolis və Dallas ştatlarının Federal Ehtiyat Sistemləriinin (FED) rəhbərləri Nil Qaşqari (Neel Kashkari) və Robert Kaplanın, eləcə də FED üzvü Lael Braynardın ( Lael Brainard) uçot dərəcəsini ilin sonuna qədər artırmaq barədə qərara qarşı çıxmaları dolların məzənnəsinin zəifləməsinə gətirib-çıxarıb
"Report" Bloomberg" agentliyinə istinadən xəbər verir ki, onların bununla bağlı açıqlamalarından sonra əsas valyuta cütlüyü olan USD/EUR nisbəti 1,19-u ötüb.
Xatırladaq ki, avqustun 29-da qlobal maliyyə bazarında 1 avro 1,2069 dollara bərabər olub ki, bu da son 32 ayın maksimal həddidir. Hazırda isə məzənnə 1,1922 dollara bərabərdir.
Nil Qaşqari Minnesota universitetindəki çıxışında ümumiyyətlə uçot dərəcəsinin artırılmasının ABŞ iqtisadiyyatına zərər verdiyini bildirib. Robert Kaplan isə faiz mövzusunda bir qədər səbrli olmaq lazım gəldiyini bildirib. O, inflyasiyanın sürətlənməsi halında uçot dərəcəsini artırmaq qərarına dəstək verəcəyini açıqlayıb. Leyla Braynard isə inflyasiya göstəricisinə uyğun olaraq faizlərin artırılması fikrini dəstəkləyib. Onun sözlərinə görə, qiymət artımı artıq 5 ildir hədəf səviyyə olan 2%-ə çata bilmir. FED üzvü həmçinin "Harvey" qasırğasının ABŞ iqtisadiyyatının II rüb artım göstəricisinə mənfi təsiri ola biləcəyini vurğulayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...