Bu gün Yasamal Rayon Məhkəməsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin girov əvəzində həbsdən azad edilməsi barədə vəsatətə baxılacaq
Modern.az xəbər verir ki, bu haqda onun vəkili Fuad Ağayev bildirib.
Xatırladaq ki, avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.
Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.
MilliYol.Az
Digər xəbərlər
loading...