Ermənistan nüvə silahına malikdir
Axar.az xəbər verir ki, bunu “Haqqin.az”a açıqlamasında Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan söyləyib. Onun sözlərinə görə, Ermənistana nüvə silahı SSRİ zamanından qalıb. Jurnalistin “belə bəyanatdan sonra siz Ermənistanın Şimali Koreya kimi sanksiyalara məruz qalacağından qorxmursunuz?” sualına Baqratyan “Ermənistan hansısa vasitə ilə özünü Azərbaycandan qorumalıdır” deyə cavab verib.
Qeyd edək ki, o, bundan öncə dəfələrlə eyni bəyanatla çıxış edib. O iddia edirdi ki, İrəvana bu silah 70-ci illərdə verilib.
MilliYol.az
Digər xəbərlər
loading...