İngiltərənin “Petrofac” enerji şirkəti ilə “Gazprom”un törəməsi “South Stream Transport BV” Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi üzrə 340 milyon avroluq investisiya müqaviləsi imzalayıb
Azərtac xəbər verir ki, müqavilə “Türk axını” qaz boru kəmərinin inkişaf etdirilməsini və Türkiyə tərəfi üçün qaz qəbulu terminalının inşa edilməsini nəzərdə tutur.
“Petrofac”dan verilən məlumata görə, şirkət müqavilə çərçivəsində “Türk axını” layihəsinin dənizin altından keçəcək boru kəmərinin inkişaf etdirilməsi ilə yanaşı boru kəmərinin Türkiyəyə giriş nöqtəsi olacaq Kırklareli vilayətindəki Kıyıköydə qaz qəbulu terminalı inşa edəcək.
Rusiyanın Anapa şəhərinin yaxınlarından başlayaraq 900 kilometr dənizin altından uzanacaq “Türk axını” boru kəməri Qara Dənizi keçərək Kıyıköydə quruya çıxacaq.
Boru kəmərinin 220 kilometrdən çoxu artıq tamamlanıb.
Qeyd edək ki, “Türk axını” layihəsi Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti türk bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik ötürücülük gücü 15,75 milyard kubmetrdir. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir. Boru kəmərinin 2019-cu ilin dekabrında istifadəyə verilməsi nəzərdə tutulur.
MİlliYol.Az
Digər xəbərlər
loading...