Yaxın vaxtlarda Bakıya 300-ə yaxın yeni avtobus gətiriləcək
“Bu nəqliyyat vasitələrinin böyük əksəriyyəti Bakı ətrafı kənd və qəsəbələrdə istifadə olunacaq”.
Bunu virtualaz.org-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, yeni avtobuslardan istifadə Bakı ətrafı kənd və qəsəbələrdə sərnişindaşıma xidmətinin keyfiyyətini yüksəldəcək.
“Bakı ətrafı kənd və qəsəbələrdə nəqliyyat vasitələrinin əhaliyə göstərdiyi sərnişindaşıma xidməti şəhərin mərkəzi ilə eyni olmalıdır. Bu məsələ bizi narahat etdiyinə görə paytaxtdan kənarda sərnişindaşıma xidmətinin keyfiyyətini artırmaq üçün yeni avtobusları gətirməyi planlaşdırırıq. Hələ yeni nəqliyyat vasitələrinin hansı marşrut xəttinə aid olacağı müəyyənləşdirilməyib”, - deyə M. Ağayev bildirib.
Agentlik rəsmisi həmçinin qeyd edib ki, yeni gətiriləcək nəqliyyat vasitələri şəhər mərkəzindəki kimi müasir marşrutlar olacaq və onlarda kart sistemindən istifadə olunacaq.
Qeyd edək ki, yeni gətiriləcək avtobusların hansı daşıyıcı şirkətlərə veriləcəyi hələ dəqiqləşməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...