“Barselona”nın liderləri Lionel Messi və Andres İnyestanın taleyinə aydınlıq gəlib
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hər iki futbolçu karyerasını hazırkı komandasında davam etdirəcək.
Bunu Kataloniya təmsilçisinin prezidenti Xosep Mariya Bartomeu deyib. O bildirib ki, gələn il azad agent kimi “Mançester Siti”yə keçəcəyi iddia edilən Messi yeni müqaviləyə çoxdan qol çəkib: “Messi hələ iyun ayında yeni müqaviləyə qol çəkib. Yığmasından gələn kimi, ictimaiyyətə rəsmən təqdim olunacaq. İnyesta ilə danışıqları da davam etdiririk. Andres karyerasının sonuna qədər “Barselona”da qalmalıdı və belə də olacaq. Tezliklə yeni müqavilə imzalayacaq”.
Qeyd edək ki, Lionel Messi gələn ilə qədər olan anlaşmasının müddətini 2021-ci ilə qədər uzadıb. Andres İnyestanın isə müqavilə müddəti 2018-ci ilin yayına qədərdi.
MilliYol.Az
Digər xəbərlər
loading...