Azərbaycan şou-biznesinin ulduzları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun fəaliyyətini kəskin tənqid ediblər
Virtualaz.org-un məlumatına görə, məşhur müğənnilərin etirazı, hansı ki, aralarında Sevda Yəhyayeva, Manana, Elnarə Xəlilova, Samir Piriyev, Nadır Qafarzadə, Tünzalə Ağayeva, Çingiz Mustafayev, İlhamə Qasımova və başqaları var, H.Abutalıbovun bütün təşəbbüslərinin lağa qoyulduğu istehzalı mahnıya çevrilib.
Mahnıda Hacıbala Abutalıbovun Bakıda bütün parkları necə məhv etdiyindən, sonra onları mərmərlə örtdüyündən bəhs olunur. Vurğulanır ki, sürüşkən mərmər üzərində yşxılan şəhər sakinləri "hər dəfə Hacıbalaya salam göndərirlər”.
Ulduzlar həm də Hacıbala Abutalıbovun Bakıda ağacları necə kəsdiyi və onların yerinə elektrik ağacları quraşdırdığı barədə oxuyurlar. Başçı bir də onda ittiham olunur ki, şəhər sakinləri vaxtilə Bakıda olmuş təmiz havanın yerinə indi tozla nəfəs almağa məcbur ediliblər.
Mahnıda şəhərdə eyni küçələrin bir neçə dəfə qazılıb yenidən asfaltlanması, həmçinin merin fəvvarələrə sevgisi və ingilis dilində danışması da ələ salınır.
Mahnı H.Abutalıbovun bütün dünyanın meri olması arzusu ilə bitir.
MilliYol.Az
Digər xəbərlər
loading...