Big.az saytının jurnalisti Rövşən Əsədov əməkdar artist Elza Seyidcahanın "Tikim sizin ağzınızı" şeirinə nəzirə yazıb.
Müğənniyə "Tikim sənin şeirini, qəzəlini" deyən jurnalist bu sözləri ilə E.Seyidcahanın şeirlərinin bəyənilməməsinə işarə vurub. Sözügedən şeiri təqdim edirik:
Payız gəlib əsdirəcək xəzəlini
Tikim sənin şeirini, qəzəlini
Tikim, tikim ilmə-ilmə
Bəniz aya, ulduzlara,
Göydə uçan ağ qarğaya,
Yerdə axan o nur çaya
Elza xanım, sən tez geyin
Geyin cırıq corabını
Fikirləşmə o yanını, bu yanını
Sən bu yolu düz get ancaq
Bayrağı biz tez sancaq
Başı qarlı o zirvəyə
Bu da məndən bir nəzirə
Nöqtə qoydum bu söhbətə!
Məlumat üçün bildirək ki, müğənninin şeir müsabiqəsdində münsif olması şairlər və ədəbiyyat adamları arasında kəskin tənqid olunmuşdu. Bundan sonra əməkdar artist, tanınmış bəstəkar Elza Seyidcahan ən son "Tikim sizin ağzınızı" adlı şeir yazaraq gündəmə gəlmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...