Prezident İlham Əliyev Laçın rayonuna yeni icra başçısı təyin edib. Dövlət başçısının imzaladığı sərəncama əsasən İcra Hakimiyyətinə bundan sonra Aqil Ağaxan oğlu Nəzərli başçılıq edəcək.
MilliYol.Az xəbər verir ki, Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olub. Ali təhsillidi. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üxrə bitirib. 1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib. 2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədridi. 3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edirdi.
Qeyd edək ki, Laçının icra başçısı olan Akif İsmayıl oğlu Səlimov bu ilin mart ayında vəzifəsindən azad edilmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...