Otel otağında keçmiş model sevgilisi Filiz Aker tərəfindən qətlə yetirilən aparıcı-aktyor Vatan Şaşmazın həyat yoldaşı Yasemin Adalı ilk dəfə açıqlama verib
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aparıcının 4 aylıq hamilə xanımı ərinin ölümü ilə bağlı bunları deyib:
“Sevimli həyat yoldaşım, uşağımın atası, xarakteri, gülərüzlülüyü, yaxşı ürəyi, heç vaxt pozmadığı cizgisi ilə bütün Türkiyənin və hamının çox sevdiyini bildiyim Vatan Şaşmazın ölümündən sonra məndən açıqlama gözlədiyinizi bilirəm. Təəssüf ki, mövzunun həsasslığı, yaşadığım izaholunmaz kədər və hiss etdiklərim səbəbindən deyiləcək çox sözüm yoxdur. Bildiyim bir şey var: ən dəyərli varlığım Vatan hər zaman qəlbimdə, mənimlə olacaq...
Hamınıza göstərdiyiniz anlayışa görə təşəkkür edirəm. Bundan sonra da başda uşağımız, sonra mən, ailəm, Safiye anam (qayınanası –red.) və Vatanın xatirəsinə olan hörmət və sevginizdən dolayı bu anlayışın davam etməsini istəyirəm. Əsassız xəbərlərə, dedi-qodulara inanmamağınız bizə göstərəcəyiniz ən böyük dəstək olacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...