Bu gün Avropa zonası üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyunlara start veriləcək
Virtualaz.org xatırladır ki, 31 avqust - 5 sentyabr tarixlərində ümumilikdə 54 matç keçiriləcək.
Azərbaycan milli komandası VII və VIII turlarda müvafiq olaraq Norveçlə Osloda, San Marino ilə Bakıda qarşılaşacaq. Yığmanın yer aldığı C qrupunda lider Almaniya əvvəlcə Çexiyanın qonağı olacaq, daha sonra Norveçi qəbul edəcək.
Yeri gəlmişkən, AFFA prezidenti Rövnəq Abdullayev millimizin DÇ-2018-in seçmə mərhələsində Norveçlə səfər oyunu öncəsi açıqlama verib. O bildirib ki, səfərdə oynamaq həmişə çətindir: “Qrupdakı vəziyyətə gəlincə, nəzəri cəhətdən yüksək yerləri tutmaq şansımız var. Norveç ilk oyundan sonra bizə qarşı xüsusi hazırlaşacaq. Millimizdə də motivasiya var”.
AFFA prezidenti səfərdə müsbət nəticənin yığmamızın xal sayını artıracağını deyib: "Ümumiyyətlə, cari seçmə mərhələdə yaxşı oyunlarımız çox oldu. Milli bu mövsüm pis oynamır, hər matçda demək olar, sona qədər mübarizə aparır. Norveçdə də komandamızdan yaxşı oyun gözləyirik".
Qeyd edək ki, "Ulleval" stadionunda keçiriləcək Norveç - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...