Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda avtomobil qəzasında dünyasını dəyişib
AFN xəbər verir ki, bu barədə gənc idmançının dostları məlumat veriblər. İdmanın güləş (MMA) növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Livanın Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib. Belə ki, dostlarının verdiyi məlumata görə, nə hadisə baş verən ölkə, nə də Azərbaycanın oradakı diplomatik nümayəndəliyi məsələyə ciddi yanaşmır:
“Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Hələ utanmaz-utanmaz 12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün pul istəyirlər. Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər”.
Qeyd edək ki, X.Əliyev Naxçıvanın Şərur rayonundandır.
Allah rəhmət eləsin!
MilliYol.Az
Digər xəbərlər
loading...