İraqın kürd muxtariyyəti müstəqillik haqqında referendumu ləğv etmək niyyətində deyil
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu muxtariyyətin rəhbəri Məsud Bərzani deyib.
Xatırladaq ki, İraqın kürd muxtariyyətinin müstəqilliyi haqqında referendum sentyabrın 25-nə təyin edilib.
Onu da qeyd edək ki, indiyədək bir neçə ölkə həmin referendumun əleyhinə çıxdığını bəyan edib. Son belə bəyanat isə dünən Fransadan gəlib. Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anyes Romate-Espan İraq Kürdüstanının müstəqilliyi haqqında sentyabra planlaşdırılan referendumu şərh edərkən bildirib: "Fransanın mövqeyi məlumdur. Biz İraqın ərazi bütövlüyünü tanıyırıq. İraq Konstitusiyasına əsasən, Kürdüstana muxtariyyət statusu verilir. Biz arzu edirik ki, bu muxtariyyət tamamilə reallaşdırılmış olsun və hamı buna hörmətlə yanaşsın”.
M.Bərzani isə qeyd edib ki, İraqın mərkəzi hakimiyyəti ilə kürd muxtariyyəti arasında heç bir qarşılıqlı anlaşma yoxdur: "İraq hakimiyyəti birtərəfli siyasət yürüdür, ölkədə demokratik prinsiplər işləmir".
MilliYol.Az
Digər xəbərlər
loading...