Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” növbəti transferini rəsmiləşdirməyə hazırlaşır
Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Ağdam təmsilçisi PAOK-un hücumçusu Pedro Enrike ilə anlaşıb.
Klublar arasında uzun müddətdi aparılan danışıqlar, nəhayət ki, müsbət nəticələnib. PAOK 27 yaşlı “sambaçı”nı satmağa çalışsa da, “Qarabağ” yunanlarla icarə məsələsində ortaq məxrəcə gəlib. Gün ərzində Pedronun keçidinin açıqlanması gözlənilir.
Razılığa əsasən, birillik icarəyə götürülən futbolçu özünü doğrulda bilsə, “Qarabağ” onu gələn il 2 və ya 2,5 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.
Qeyd edək ki, Pedro Enrike Konzen Medina da Silva PAOK-a keçən il “Renn” klubundan keçib. Braziliyalı hücumçu ötən mövsüm Yunanıstan klubunun heyətində 26 matçda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
MilliYol.Az
Digər xəbərlər
loading...