Nəcəf Nəcəfov Fondundan “Fətullayev Nəcəfov Fondunun dəstəyi ilə saytın yaradılması ilə bağlı olmayan bir layihə həyata keçirib və onun dəyəri 200 min dollardan 10 dəfə az olub” dedilər
Xəbər verdiyimiz kimi, Vergilər Nazirliiyi Nəcəf Nəcəfov fondunun rəhbəri Şahin Hacıyevi dindirib. Haqqın.az bu informasiyanın əsasında ortaya iddia atıb. Sayt xəbər verir ki, Ş.Hacıyevə fondun 2011-ci ildə Norveç səfirliyi və Soros fondundan aldığı qrantlar barədə suallar verilib. Haqqin.az daha sonra yazır ki, 2011-ci ildə saytın rəhbəri Eynulla Fətullayev 4 il türmədə qalandan sonra Azərbaycan prezidentinin əfv fərmanı ilə azadlığa çıxıb və Avropa Məhkəməsinin qərarı ilə üzərindən bütün ittihamlar götürülüb. Türmədən çıxandan sonra E.Fətullayev jurnalist fəaliyyətini bərpa etmək istəyib və Norveç səfirliyindən, Soros və Marşal fondlarından haqqın.az media layihəsinin yaradılması üçün qrantlar alıb. Sitat: “Amma Eynulla Fətullayevin qeydiyyatdan keçmiş təşkilatı yox idi ki, onun hesabına pul daxil ola bilsin. Həmin vaxt o,
“Turan” rəhbərliyinə müraciət etdi ki, Nəcəf Nəcəfov Fondu vasitəsilə həmin qrantı ala bilsin”.
Haqqın.az-a açıqlamasında E.Fətullayev isə açıqlamasında bu iddianı doğrulayıb. O deyib ki, haqqın.az layihəsinin yaradılması üçün hökumətdən yox, Soros fondundan, Norveç hökumətindən və Almaniyadan 200 min dollara yaxın qrant alıb: “Bizim saytımız çoxlarının iddia etdiyi kimi, hökumətin yox, Qərbin pulları ilə yaradılıb. Mehman Əliyevlə Şahin Hacıyev də bunu bilir. Həmin vaxt mən bu xahişlə Mehman Əliyev və Şahin Hacıyevə müraciət etdim. Onlar mən türmədə olanda hüquqlarımı qoruyurdular. Mənim qeydiyyatdan keçmiş təşkilatım yox idi. Bundan başqa, fondun vəzifəsi jurnalist layihələrinə dəstəkdən ibarətdir. Böyük minnətdarlıq hissi ilə xatırlayıram ki, onlar mənə kömək etdilər. Mən saytı yarada bildim. Odur ki, pulları Mehman Əliyev yox, mən almışam”.
Musavat.com xəbər verir ki, E.Fətullayevin bu iddiasına artıq fonddan cavab gəlib. “Haqqin.az saytında dərc edilmiş jurnalist Eynulla Fətullayevin bu saytın yaradılması üçün Nəcəf Nəcəfov Fondu vasitəsilə Qərb donorlarından 200 min dollar alması haqqında məqalə həqiqətə uyğun deyil və tamamilə əsassızdır”.
Bu barədə “Turan”a sözügedən fondun nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Fətullayev Nəcəfov Fondunun dəstəyi ilə saytın yaradılması ilə bağlı olmayan bir layihə həyata keçirib və onun dəyəri yuxarıda qeyd edilən məbləğdən 10 dəfə az olub.
Bu zaman Fond həmin layihənin həyata keçirilməsi haqqında Ədliyyə Nazirliyinə qanunla nəzərdə tutulmuş qaydada məlumat verib.
MilliYol.Az
Digər xəbərlər
loading...