Futbol üzrə Azərbaycan milli komandasının oyun formalarında dəyişiklik edilib
Virtualaz.org AFFA-nın Facebook səhifəsinə istinadən bildirir ki, formaya Azərbaycan bayrağı əlavə olunub.
Bundan başqa yığma üzvləri Norveçlə səfər, San Marino ilə evdə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçlarına göy rəngli formada çıxacaqlar. Səfər və üçüncü oyun dəsti Norveçin ev dəstinin rəngləri ilə uyğun olmadığı üçün milli komanda Osloda da meydana ev dəstində çıxacaq.
Qeyd edək ki, Norveçlə matç sentyabrın 1-də "Ullevaal" stadionunda, San Marino ilə qarşılaşma sentyabrın 4-də "Bakcell Arena"da keçiriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...