ARB telekanalında "Xalqın şairi" adlanan yeni layihəyə başlanılır
Artıq verilişin seçim turları start götürüb. Müsabiqədə şairlik istedadı, şeir, sənət və bədii qiraət bacarığı olan iştirakçılar yarışacaqlar.
Müsabiqənin münsiflər heyətinin adları da bəllidir. Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, tanınmış şair Qulu Ağsəs, əməkdar incəsənət xadimi, aşıq Əhliman Rəhimov münsif kürsüsündə əyləşəcəklər.
Müsabiqə ilə bağlı ən təəccüb doğuran məqam isə münsiflər arasında əməkdar artist Elza Seyidcahanın adının olmasıdır. Daim yazdığı şeirlərlə insanların gülüş obyektinə çevrilən, ələ salınan sənətçi bu dəfə özü "qiymət" verəcək.
E.Seyidcahanın şeir müsabiqəsində münsif olması sosial şəbəkədə günün ən çox müzakirə olunan mövzusuna çevrilib. İnsanlar telekanalın atdığı bu addımı tənqid edir, Elzanın şeir müsabiqəsində münsif olmağını Azərbaycan poeziyasının gülünc vəziyyətə salınması kimi qiymətləndirir.(axşam.az)
MilliYol.Az
Digər xəbərlər
loading...